BANK

29 İyul

Vüqar Əhmədov: FED-in qərarı iqtisadiyyatımız üçün hər-hansı bir valyuta axınına səbəb olmayacaq

"ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faiz qərarları vacidir, Azərbaycan üçün idxal inflyasiyasının məhdudlaşması baxımından önəm daşıyır".

"Fins.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüqar Əhmədov bildirib.

Bildiyimiz ki, Federal Ehtiyat Sistemi faizlərin qaldırılması ilə bağlı qərar qəbul edib. Bu faiz qərarları əlbəttə ki, bizim bilirik ki, faz qərarının ABŞ -da və eyni zamanda dünyanın bir sıra ölkələrində inflayasiya proseslərində  azaldıcı təsiri olur. Bu təsirlər əlbəttə ki,Azərbaycan iqtisadiyyatı üçün də idxal inflasiyasının məhdudlaşması baxımından çox önəm daşıyır. Bu bizim üçün vacib bir məqamdır. 

Vüqar Əhmədov fikirlərinin davamında "İkinci aspekt ondan ibarətdir ki, Federal Ehtiyat Sisteminin qərarı  iqtisadiyyatımız üçün hər-hansı bir valyuta axınına səbəb olmayacaq əksinə, mən qeyd etmək istəyərdim ki,bu ilin 6 ayında ticarət balansında 12 milyard ABŞ dollarını üstələyən profisit görürük. Hətta biz I rübün rəqəmlərinə nəzər yetirsək, görərik ki, Azərbaycanın cari hesablar balansında (CƏB) əhəmiyyətli profisit var idi. Azərbaycan çox azsaylı ölkələrdəndir ki, onun CƏB-nin profsiti ÜDM-nin 20%-ni üstələyir", - o vurğulayıb. 

Müəllif: Aynur Qəniyeva