BANK

29 İyul

Taleh Kazımov: Strateji valyuta ehtiyatları 1,8% artaraq 54,2 milyard ABŞ dollarına yüksəlib

Strateji valyuta ehtiyatları 1,8% artaraq 54,2 milyard ABŞ dollarına yüksəlib. 

"Fins.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinin elan olunmasına  dair növbəti mətbuat konfransında deyib.

O bidirib ki, ölkəyə daxil oan pul baratlarının artmasını müşahidə edirik. Bu da sözsüz ki,tədiyə balansının profsitinin artırılmasına səbəb olub. Əsas ticarət tərəfdaşı olan ölkələrin pul siyasətini sərtləşdirməsi idxal inflyasiyasını azalmasına təsir göstərə biləcəyini müşahidə edirik

Taleh Kazımov eni zamanda tədiyyə balansının profsitliliyinin  valyuta ehtiyatlarına təsirinə də toxunaraq "Profsitli tədiyə balansı şəraitində strateji valyuta ehtiyatlarının artırılması davam edir. Bu da orta və uzunmüdətli  valyuta bazarının tarazlığı üçün zəmin yaradır. 2022-ci ilin iyun ayında strateji valyuta ehtiyatları 1,8% artaraq 54,2 milyard ABŞ dollarına yüksəlib.,"-deyə bildirib. 

Müəllif: Aynur Qəniyeva