BANK

29 İyul

Bu gün Azərbaycan Mərkəzi Bankı mühüm qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankının 2022-ci ildə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə əsasən 29 İyul 2022-ci il tarixində bu il 5-ci dəfə faiz qərarı qəbul ediləcək.

"Fins.az" xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qərarı saat 10:30-da açıqlanacaqdır. Saat 11:00-da mətbuat konfransı başlanacaq. Saat 15:00-da faiz dəhlizinin parametrlərinə dair geniş açıqlama (press-reliz) yayımlanacaq.

Bu faiz qərarı Mərkəzi Bankın İdarə Heyəti sədri Taleh Kazımovun dövründə qəbul ediləcək 3-cü faiz qərarı olacaqdır.