Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Şahap Kavcıoğlu inflyasiya hesabatını təqdim edib.
Fins.az xəbər verir ki, Türkiyə Mərkəzi Bank 2022-ci il üçün inflyasiya proqnozunu 42,8 faizdən 60,4 faizə qaldırıb.
TCMB inflyasiyanın 2023-cü ilin sonuna kimi 19,2 faiz olacağını təxmin edir.
Kavcıoğlu qeyd edib ki, ilin ikinci rübündə baş verən geosiyasi risklər və pandemiyanın yaratdığı fasilələr qlobal iqtisadi fəallığa mənfi təsir göstərir. Pul siyasəti qərarları qlobal iqtisadiyyatda əhəmiyyətli yavaşlama ehtimalını gücləndirib.