BANK

28 İyul

Honq Konq faiz dərəcələrini artırır

Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsi ABŞ Federal Ehtiyat Sisteminin (FED) göstərici faiz dərəcəsini 75 bənd artırmasından sonra ABŞ dollarına bağlı məzənnə rejimi səbəbiylə eyni məzənnə ilə artıb.

"Fins.az" xəbər verir ki, bölgənin faktiki mərkəzi bankı olan Honq Konq Pul Qurumunun (HKMA) verdiyi açıqlamada, göstərici faiz dərəcəsinin 75 bənd artırılaraq 2,75-%ə yüksəldiyi bildirilib. 

Fed iyul iclasında qısamüddətli siyasət faizini 75 baza bəndi artıraraq 2,25-2,50 faiz aralığına çatdırmışdı.

Bu artım ABŞ Federal Ehtiyat Sisteminin bu il qəbul etdiyi dördüncü faiz artımı qərarıdır. FED mart iclasında 25 baz bənd artımla 2018-ci ildən bəri ilk dəfə faiz artımına qərar verərkən, may toplantısında 50 baz bəndlə 2000-ci ildən bəri ən sürətli faiz artımını reallaşdırıb. 

İyun iclasında bank 75 baza bəndi ilə 1994-cü ildən bəri ən güclü faiz artımını etmişdi.

1983-cü ildə Honq-Konqun valyutası olan Honq-Konq dolları ABŞ dollarına bağlandığından, bölgə FED-in pul siyasətindəki addımlarını izləyib.

Müəllif: Aynur Qəniyeva