BANK

27 İyul

Dollar üçün həlledici gün-FED qərar verəcək

Bu gün ABŞ Mərkəzi Bankı (FED) faiz qərarını açıqlayacaq.

"Fins.az" xəbər verir ki, FED-in inflyasiyanı cilovlamaq üçün faizini 75 faiz bəndi artıraraq 1,75%-dən 2,50%-ə qaldıracağı gözlənilir. 

FED faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Saat 22:30-da isə FED sədrinin mətbuat konfransı başlayacaqdır. FED sədrinin  açıqlamaları diqqətlə izlənəcəkdir. FED-in növbəti yığıncaqlarındı hansı sürətlə faiz artıracağı maraq mövzusudur.