Fiziki şəxslərin əmanətlərinin dollarlaşması iyun ayında əvvəlki aya nəzərən 1 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 5.5 faiz bəndi azalaraq 40.2% təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə,hesabat ayında bankların əmanət portfelində əhəmiyyətli dəyişiklik baş verməyib.Əmanət portfelinin 55.3%-i (5,736.4 mln. manat) müddətli əmanətlərdən ibarətdir.
Müəllif: Aynur Qəniyeva