Bankların kredit portfelinin qalığı iyun ayında 1.2% və ya 221.7 mln. manat artaraq 18,320 mln. manat olub.
"Fins.az" xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə, bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 57.2% və ya 10,481.7 mln. manat təşkil edib.
Ümumilikdə, cari ilin 6 ayında kredit portfelinin artımının 45%-i biznes, 40%-i istehlak, 15%-i ipoteka kreditəri hesabına olub.
Müəllif: Aynur Qəniyeva