BANK

26 İyul

Ödəniş kartlarının sayında 225 min ədədlik artım

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı iyun ayının sonunda ötən aya nəzərən 225 min ədəd artaraq 12 milyon 244 min ədəd təşkil edib.

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi bankı məlumat yayımlayıb. Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21.8% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 28.9% təşkil edib. 

Müəllif: Aynur Qəniyeva