2022-ci ilin ilk yarısınında “Muğan Bank"-ın xalis mənfəəti 555.69 min manat təşkil edib ki, ötən ilin eyni dövrünə nisbətən 49.63 min manat və ya 8,93% azdır.
"Fins.az" xəbər verir ki, bu barədə “Muğan Bank"-ın 2022-ci ilin birinci yarısına dair maliyyə hesabatında məlumat verilir.
2022-ci ilik ilk 6 ayının maliyyə hesabatına görə, bankın cəmi aktivləri illik müqaisədə 1,5% azalaraq 697,666 min manat təşkil edib.
Hesabat dövründə “Muğan Bank"-ın kredit portfeli (müştərilərə verilmiş kreditləri) isə ötən ilin müvafiq dövrü ilə müqaisədə 6,7% artaraq 428,596 min manata çatıb.
Məlumata görə, “Muğan Bank" -ın faiz gəlirləri 18,611 min manat təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqaisədə 38,5% çoxdur, xalis faiz gəlirləri isə ötən ilin müvafiq dövrü ilə müqaisədə 5.8 artaraq 2,145 min manat təşkil edib. Bankın faiz xərcləri isə illik müqaisədə 29.1% artaraq 16,466 min manat olub.
Müəllif:Aynur Qəniyeva