BANK

25 İyul

Nağdsız ödənişlərin həcmi 10 milyard manata yaxınlaşıb - MÜSAHİBƏ

Nağdsız ödənişlərin həcmi isə 41% artaraq 2.5 mlrd. manata yüksəlmişdir

"Fins.az" xəbər verir ki,bunu  Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük  mütəxəssisi Rəşad Qasımov deyib.

Məlumata görə, son 1 il ərzində ölkə üzrə rəqəmsal ödənişlərdən istifadə göstəricilərində yüksək artım dinamikası müşahidə olunmaqdadır. Statistik göstəricilərə nəzər saldıqda, 2022-ci ilin I yarımili ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış nağdsız əməliyyatların həcminin 2.2 dəfə artaraq 9.9 mlrd. manat olduğunun şahidi oluruq.

Eyni zamanda, ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12.2 faiz bəndi artaraq 40.4% olmuşdur. Ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi 2.8 dəfə artaraq 7.4 mlrd. manat, POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi isə 41% artaraq 2.5 mlrd. manata yüksəlmişdir. Təmassız ödənişlərin sayı və həcmi isə 2021-ci ilin analoji dövr göstəricilərini müvafiq olaraq 2.82.1 dəfə üstələyib.