2022-ci ilin birinci yarısının yekunları üzrə “TuranBank” -ın xalis mənfəəti 1 milyon 71 min manat təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 9,2 dəfə çoxdur.
"Fins.az" xəbər verir ki, bu barədə bankın hesabatında məlumat verilib.
Bildilir ki, “TuranBank” 2022-ci ilin yanvar-iyun aylarında aktivlərini 10,3% - 788,7324 milyon manata qədər artırıb.
2022-ci il iyunun 30-na bankın kredit portfeli 2022-ci ilin yanvar ayına olan göstərici ilə müqaisədə 489,774 milyon manat təşkil edib. Hesbata dövründə biznes kreditlər üzrə portfel 7.1% arataraq 283,682 milyon manat, istehlak kreditləri üzrə 27.6% artaraq 118,087 milyon manat , daşınmaz əmlakla əməliyyatlar üzrə 11,2% artaaq 88,005 milyon manata çatıb.
2022-ci ilin ilk 6 ayının maliyyə nəticələrinə görə “TuranBank”ın kapitalı 2.7% artaraq 89,407 milyon manat təşkil edib.
Bankın depozit portfeli ilin əvvəlinə nisbətən 8% qədər artaraq 450,882 milyon manat, həmçinin fiziki şəxslərin əmanətləri 17.8% artaraq 303,469 milyon manat təşkil edib.
Bankın nizamnamə kapitalı hesabat dövründə 6.7% artaraq 80,005 milyon manata çatıb.
Müəllif: Aynur Qəniyeva