BANK

25 İyul

2023-2025-ci illərdə bank sisteminin aktivlərinin orta illik artımı 8% səviyəsinə çatdırılacaq

Azərbaycan hökuməti 2023-2025-ci illərdə bank sisteminin aktivlərinin orta illik artımını 8% səviyəsində proqnozlaşdırır.

"Fins.az" xəbər verir ki, bu barədə prezidentin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunur.

2021-ci ilin yekunları üzrə Azərbaycan banklarının ümumi aktivləri 38,2 milyard manat təşkil edib.

Strategiyaya əsasən, 2023-2025-ci illərdə bankların kredit portfelinin orta illik artımı 10%, həmçinin, biznes kreditlərin artımı – illik 6% səviyyəsində proqnozlaşdırır. 2021-ci ilin sonuna bankların ümumi kreedit portfeli 16,7 milyard manat, həmçinin biznes kreditlər – 9,7 milyard manat təşkil edib