BANK

22 İyul

Çin Fed-in təsirini yaxından izləməlidir-AÇIQLAMA

Çin Dövlət Valyuta İdarəsi (SAFE) ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini sərtləşdirməsinin təsirini yaxından izləməkdə qərarlı olduqlarını açıqlayıb.
"Fins.az" xəbər verir ki, SAFE -nin təmsilçisi Wang Chunying jurnalistlərə bildirib ki, SAFE FED-in qlobal maliyyə bazarlarına təsir edə biləcək pul siyasətini tənzimləmə sürətini yaxından izləyəcək.

"Əslində, FED inflyasiyanın nəzarətdə saxlanılması və iqtisadiyyatın sabitləşdirilməsi dilemması ilə üzləşib. Biz xarici dəyişikliklərə ciddi diqqət yetirəcək, təsirləri vaxtında qiymətləndirəcək, xarici şokların qarşısının alınması və yumşaldılması üçün effektiv şəkildə hazırlaşacağıq", -deyə  Çunyinq bildirib.

İnvestorlar FED-in gələn həftə keçiriləcək pul siyasəti iclasında faiz dərəcələrini 75 bənd artıracağını gözləyirlər.

Müəllif: Aynur Qəniyeva