Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayıb.
"Fins.az" verir ki, TCMB faizində dəyişiklik etməyib.
Beləliklə, Türkiyə Mərkəzi Bankı ilin əvvəlindən keçirdiyi 7 iclasda faizini 14 faiz səviyyəsində saxlayıb.
TCMB qərar mətnində makroprudensial tədbirlərin “qətiyyətlə həyata keçiriləcəyi” və zərurət yaranarsa əlavə tədbirlərin həyata keçiriləcəyi bildirilib.
TCMB qeyd edib ki, geosiyasi hadisələr, qlobal enerji, ərzaq və kənd təsərrüfatı mallarının qiymətlərindəki artımlar, təklif qıtlığı inflyasiyanın artmasına səbəb olur.