BANK

28 İyun

Sahibkarlığın İnkişafı Fondunun gənc sahibkarlara verdiyi güzəştli kreditlər kəskin ARTIB

Gənc sahibkarlara verilmiş güzəştli kreditlər 2021-ci ilin yanvar-may ayları ərzində 15 layihə üzrə 758,5 min manat təşkil etdiyi halda, eyni göstərici 2022-ci ilin müvafiq dövründə 40 layihə üzrə 1,1 milyon manat olub.

"Fins.az" xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondu məlumat yayımlayıb.

Məlumata görə, ötən ilin nəticələrinə əsasən, 63 gənc sahibkarlıq subyektinə 2,7 milyon manat məbləğində güzəştli kredit verilib.

2022-ci ilin əvvəlindən verilmiş güzəştli kreditlər hesabına ümumilikdə 1016 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qadın sahibkarların və gənclərin layihələrinin reallaşdırılması nəticəsində 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Qeyd edək ki, ötən il ərzində qadın sahibkarların güzəştli qaydada maliyyələşdirilmiş layihələri hesabına 303, gənc sahibkarların investisiya layihələri üzrə isə 97 yeni iş yerinin yaradılması nəzərdə tutulub.