2021-ci ildə “Bless” MMC “PAŞA Bank”ın səhmdarı olub.
Bankın audit aparılmış illik hesabatına əsasən, 2021-ci ildə “Bless” “PAŞA Bank” və “Ador” MMC-nin səhmlərinin 28%-ni alıb.
Hesabatda əqdin digər təfərrüatları qeyd olunmur.
Bankın əsas səhmdarı 57% pay ilə “PAŞA Holdinq”dir. Bundan başqa, bankın səhmdarları iki fiziki şəxsdir: Arif Paşayev (10%) və Mircamal Paşayev (5%).
"PAŞA Bank" ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivləri həcminə görə ölkənin üçüncü bankıdır.