BANK

28 İyun

SİF: Qadın sahibkarlara verilən güzəştli kreditlərin sayı 2,5 dəfədən çox artıb

Bu il qadın sahibkarlara verilmiş güzəştli kreditlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb.
"Fins.az" xəbər verir ki, bu barədə məlumatı Sahibkarlığın İnkişafı Fondu yayımlayıb.
Məlumata görə, 2022-ci ilin yanvar-may ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 86 qadın sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə 1,8 milyon manat güzəştli kredit ayrılıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə 31 qadın sahibkar güzəştli kreditlərdən yararlanıb. Ümumilikdə isə, 2021-ci ildə 145 qadın sahibkara 12 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.
Müəllif: Aynur Qəniyeva