BANK

28 İyun

SİF niyə kənd təsərrüfatı sahəsindəki sahibkarlara daha çox kredit verib? -RƏHBƏRDƏN AÇIQLAMA

Biz banklara birbaşa sahibkarlardan daxil olan müraciətlərinə baxırıq. 

 Bunu Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun  İdarə Heyətinin sədri vəzifələrini icra edən Osman Xaliyev "Fins.az" -a açıqlamasında  deyib.

Müraciətlər prioritetləşdiriləndə əsasən biz regionlardan daxil olan layihələrə daha çox dəstək göstərməyə çalışırııq. Sözsüz ki, əgər biz iqtisadiyyatın sahələrinin yerləşməsinə baxsaq sənaye istiqamətli müəssisələr əsasən Bakı, Abşeron ərazilərindədir. Kənd təsərüfatı üçün yaralı olan torpaqlar daha çox regionlardadır və oradan daxil olan sifarişlər daha çox kənd təsərüfatı  layihələridir. Buna görə də  statistik olaraq bizidə kənd təsərüfatı istiqamətinə daxil olan müraciətlərin sayının çox olması buna gətirib çıxarır.

Osman Xaliyev "Bununla yanaşı biz məbləğ olaraq baxanda sahələr üzrə bölgü bir az fərqlidir. Ona görə ki, say olaraq kənd təsərüfatı daha üstün statistik göstəriciyə malikdir məbləğ olaraq analiz apardıqda mənzərə daha başqadır. Ona görə ki, orada artıq sənayenin istehsalı emalı kənd təsərüfatı ilə bağlı aqrar sektorda emal var. Hansı ki, o daha çox sənaye istiqaməti hesab olunur. Burada xidmət mərkəziləri, logistika, soyuducu anbar kompleksləri və s. bu istiqamətdə olan layihələrimizdə məbləğ  olaraq ümumi bölgünün hardasa qorunmasına gətirib çıxarıb. Biz sahəvi müraciətləri məhdudlaşdırmırıq. Bız banklara birbaşa sahibkarların daxil olan müraciətlərinə baxırıq"-deyə  fond tərəfindən verilən kreditlərin bölgüsünə aydınlıq gətirərkən qeyd edib.

Müəllif: Aynur Qəniyeva