BANK

28 İyun

Mərkəzi Bankın faiz qərarları həqiqətən bank sektoruna təsir etmir?-PAŞABank rəsmisindən cavab 

Mərkəzi Bankın uçot dərəcəsində etdiyi dəyişiklik heç də işlək olmaması ilə bağlı fikirlərə münasibət bildirərkən Bəhruz Nağıyev bildirib ki, birbaşa olmasa da bu alət əslində işləkdir. Belə ki, bəli banklar Mərkəzi Bank tərəfindən maliyyələşmir buna ehtiyac yoxdur.

"Fins.az" xəbər verir ki, bunu “PAŞABank”-ın idarə heyətinin üzvü,Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev bankın fəaliyyət göstəriciləri ilə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ona görə ki, bazarda kifayət qədər valyuta var. Mərkəzi Bank faiz dərəcələrini qaldırdıqda onun qiymətli kağızlarında və Maliyyə Nazirliyinin kağızlarında bu faiz dəyişikliyi özünü göstərir. Oradakı faiz dərəcələri mütləq təsirli olur.

Bəhruz Nağıyev qiymətli kağızlardakı faizlər təsirlərə aydınlıq gətirərək "Ona görə ki, həmin faiz dərəcələri yolaçıxma istiqaməti hesab olunur və bütün hesablamarda nəzərə alınır. Birbaşa olmasa da Mərkəzi Bankın faiz dəyişikliyinin təsiri var. Sadəcə olaraq bazarda likvidliyin çox olması ,rəqabətliliyin olması bir növ buna şərait yaratmır. Yəni faiz dərəcələri qalxmır və ya tam əksinə enməyə doğru gedir.Sağlam rəqabətin olmasına öz tövhəsini verir,"-deyə bildirib. 

Müəllif:Aynur Qəniyeva