BANK

24 İyun

Mərkəzi Bank ilə Avropa İnvestisiya Bankı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Avropa İnvestisiya Bankının (AİB) Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Matsey Çura ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə AİB arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə edilib.

Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov Tvitter səhifəsində məlumat verib.