Bu kredit xətti kiçik və orta biznesin maliyyələşməsi və ixrac və idxal əməliyyatlarının dəstəklənməsi üçün nəzərədə tutulub.
Bunu "Fins.az"a açıqlamasında "TuranBank"-ın İdarə Heyətinin sədri Fəzail Musayev deyib.
O bildirib ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə TuranBank-ın əməkdaşlığının tarixi 2011-ci ildən başlayır. Bu gün imzalanan əməkdaşlıq müqaviləsi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən "TuranBank"a iqtisadiyyatın maliyyələşməsi üzrə 5 milyon dollar həcmində yeni kredit xətti ayrılır.
Fəzail Musayev eyni zamanda bu kreit xətinin hansı istiqamətlərə yönləndirilməsi barədə də açıqlayaraq "Bu kredit xətti kiçik və orta biznesin maliyyələşməsi və ixrac və idxal əməliyyatlarının dəstəklənməsi üçün nəzərədə tutulub."TuranBank" tərəfindən cəlb edilən bu maliyyə bütün müştərilərimizə o cümlədən Qarabağın bərpası və yenidən qurulmasında iştirak edən şirkətlərə yönləndiriləcək,"-deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva