Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) siyasət faizini gözləntilərə uyğun olaraq 14% səviyyəsində saxlamaqla yanaşı, girov və likvidlik siyasəti addımlarının istifadəyə davam ediləcəyini açıqlayıb.
"Fins.az" xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) siyasət faizini 14 faiz səviyyəsində saxlayıb.
Bloomberg-in sorğusuna qatılan iqtisadçıların gözləntiləri faiz dərəcəsini bu səviyyədə saxlamaq idi. Qərarın mətnində bildirilib ki, siyasət çərçivəsinə yenidən baxılması prosesi davam edir.
Açıqlamada bildirilib ki, qiymətləndirmə prosesləri tamamlanan girov və likvidlik siyasəti addımları pul siyasətinin ötürülməsi mexanizminin effektivliyini gücləndirmək üçün istifadə olunmağa davam edəcək.
Müəllif: Aynur Qəniyeva