BANK

22 İyun

Banklarda əmanətlərinin dollarlaşması 4%-ə yaxın azalıb

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması may ayında ötən ilin müvafiq dövrünə nəzərən 3.9 faiz bəndi azalaraq 41.2% təşkil edib. 

"Fins.az" xəbər verir ki, bu barədə Mərkəzi Bankı məlumat yayımlayıb

Hesabat dövründə əhalinin əmanətlərinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) artım trendi may ayında da davam edib. Hesabat ayında bankların əmanət portfeli 0.5% və ya 48.5 mln. manat artaraq 10,389 mln. manat təşkil edib. Əmanət portfelinin 54.5%-i  və ya 5,658.2 mln. manat müddətli əmanətlərdən ibarətdir

Müəllif: Aynur Qəniyeva