31 may 2022-ci il tarixinə bankların əmanət portfeli 0.5% və ya 48.5 mln. manat artaraq 10,389 mln.manat təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.
Məlumata görə, hesabat dövründə əhalinin əmanətlərinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) artım trendi may ayında da davam edib. Hesabat ayında bankların əmanət portfeli 0.5% və ya 48.5 mln. manat artaraq 10,389 mln. manat təşkil edib. Əmanət portfelinin 54.5%-i və ya 5,658.2 mln. manat müddətli əmanətlərdən ibarətdir.
Müəllif:Aynur Qəniyeva