BANK

22 İyun

Bankların aktivləri 3% artıb

31 may 2022-ci il tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 41,371.5 mln. manat təşkil edib. 

"Fins.az" xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.

Məlumata görə,  cəmi öhdəlikləri 36,293 mln. manat, balans kapitalı 5,078.5 mln. manat olmuşdur. 2022-ci ilin may ayında bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 3%, 3.2% və 1.8% artmışdır.