Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 331,5 milyon manat məbləğində xalis mənfəət əldə edib.
"Fins.az" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 % çoxdur. Bankların əməliyyat gəlirləri ilin əvvəlinə nisbətən 24.8% artaraq 1 milyard 459,7 milyon manat, əməliyyat xərcləri yanvar ayına nisbətən 26% artaraq 937,1 milyon manat təşkil edib.
Bank sektorunun xüsusi ehtiyatlara ayırmaları 15.9% arataraq 117,9 milyon manat olub. Bankların gözlənilməz xərcləri 0,1 milyon manat təşkil edib.
Müəllif: Aynur Qəniyeva