BANK

22 İyun

Bank sektorunun cəmi kredit qoyuluşlarının həcmi açıqlanıb-MƏBLƏĞ

01 İyun 2022-ci il tarixində bank sektorunun cəmi kredit qoyuluşları 18 milyard 8,3 milyon manata çatıb.

"Fins.az" xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. 

Məlumata görə, mayın 1-də cəmi kredit qoyuluşları 17 milyard 840,4 milyon manat təşkil etmişdi. Beləliklə may ayında kredit qoyuluşları 257,9 milyon manat artıb.

Apreldə kredit qoyuluşları 312,2 milyon manat artırıb.Həmçinin kredit qoyuluşları yanvarda 122,3 milyon manat, fevralda 345,1 milyon manat, martda 401,7 milyon manat artıb.

Cari ilin 5 ayında kredit qoyuluşları 1 milyard 439,2 milyon manat artıb.

Kredit qoyuluşları (mln. AZN)

01.06.2022     18098.3

01.05.2022     17840.4

01.04.2022     17528.2

01.03.2022     17126.5

01.02.2022     16781.4

01.01.2022     16659.1