Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 673,7 milyon manat təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə, bu göstərici ötən ayla müqayisədə 0,2 % azdır. Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,6% təşkil edib.