BANK

21 İyun

Azərbaycan bankları bu gün nə qədər dollar alıb?- MƏBLƏĞ

21 iyun 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə, hərracda tələb 54,0 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib.Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.