BANK

20 İyun

"Rabitəbank" üzlə ödənişə imkanı verən şirkətlə əməkdaşlığa başlayıb

Hazırda rəhbəri azərbaycanlılar olan  "Smile Pay"-i MasterCard-la birgə Azərbaycana gətirən Welp şirkəti ilə yeni bir layihənin üzərində çalışırıq.

Bunu "Fins.az"-a açıqlamasında "Rabitəbank"-ın baş direktoru Ziya Nuriyev deyib. 

 O bildirib ki, hazırda bizim mobil əlavəyə inteqrasiya etdiyimiz bəzi funksianallıqlar var onları biz xaricdə fəaliyyət göstərən bir yaxud iki fintex vasitəsi ilə götürürük. Hazırda rəhbəri azərbaycanlılar olan  "Smile Pay"-i MasterCard-la birgə Azərbaycana gətirən Welp şirkəti ilə yeni bir layihənin üzərində çalışırıq.

Ziya Nuriyev rəsmisi olduğu bankla fintexlər arasında əməkdaşlığa da toxunaraq "Fintexlərlə bankın mövqeyi uzlaşdığı istiqamətlərdə "RabitəBank" onlarla əməkdaşlıq edir və bundan sonra da əməkdaşlıq edəcəyik. Welp şirkəti  Azərbaycana yeni-üzlə ödənişi gətirdi. Biz də hazırda onlarla mobil əlvəmizdə başqa bir funksianallığın inteqrasiyası üzərində işləyirik,"-deyə əlavə edib. 

Müəllif:Aynur Qəniyeva