BANK

17 İyun

Mərkəzi Bank ilin sonuna inflyasiya proqnozunu açıqlayıb

Azərbaycan Mərkəzi Bankı xarici mühitin nisbətən əlverişli olacağı şəraitdə inflyasiyanın ilin sonuna faktiki templərdən aşağı olacağını proqnozlaşdırıb.

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumatında bildirlir.

Məlumata görə, ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonuna qayıdacağı gözlənilir.

Bildirilir ki, Mərkəzi Bank qlobal və ölkə iqtisadiyyatında, maliyyə bazarlarında baş verən proseslərin davamlı monitorinqini, həmçinin inflyasiyanın struktur və amillər üzrə təhlillərini aparır. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnoza uyğunluğu, xarici və daxili inflyasiya risklərinin reallaşması dərəcəsi nəzərə alınmaqla qəbul ediləcək.