BANK

17 İyun

Mərkəzi Bank: Kredit qoyuluşlarının artım tempi yüksəlməkdədir

Kredit qoyuluşlarının artım tempi yüksəlməkdədir.

"Fins.az" xəbər verir ki, Azərbaycan  Mərkəzi Bank məlumat yayımlayıb

Məlumatda bildirlir ki, bank sisteminin likvidlik mövqeyində struktur profisitinin azalması milli valyutada risksiz alətlər bazarındakı faizlərin artımı ilə müşayiət olunur.

 

Kredit qoyuluşlarının artım tempi yüksəlməkdədir. 2022-ci ilin may ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları ilin əvvəlinə nəzərən 8.5%, ötən ilin eyni ayına nəzərən isə 23.3% artmışdır. Ev təsərrüfatların verilən kreditlərin artım tempi ümumilikdə kredit qoyuluşlarının artım tempini üstələyir.