Pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə ölkədə illik inflyasiya tempi bir qədər yüksəlib.
"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilir.
Bildilir ki, rəsmi statistikaya görə 2022-ci ilin may ayında inflyasiya 0.7% olmuş, ötən ilin eyni ayına nəzərən isə qiymətlərin ümumi səviyyəsi 13.7% artıb. Mayda ötən ilin eyni ayına nəzərən ərzaq qiymətləri 20.2% artmış, qeyri-ərzaq məhsulları 7.1%, xidmətlər isə 10.3% bahalaşıb.İllik baza inflyasiyası may ayında 10% təşkil edib.
Müəllif: Aynur Qəniyeva