BANK

17 İyun

Azərbaycan Mərkəzi Bankı: Nominal effektiv məzənnənin möhkəmlənməsi idxal inflyasiyasını azaldır

Nominal effektiv məzənnənin möhkəmlənməsi idxal inflyasiyasını azaldır.

"Fins.az" xəbər verir ki, Azərbaycan  Mərkəzi Bank məlumat yayımlayıb. 

Məlumata görə, əsas ixrac qiymətlərinin artdığı şəraitdə tədiyə balansının cari əməliyyatlar hesabında profisit əhəmiyyətli artmaqdadır. 2022-ci ilin I rübündə cari əməliyyatlar hesabında ÜDM-in 22.5%-i həcmində profisit qeydə alınmışdır.

Həmçinin qeyd edilib ki, proqnozlara görə cari ilin sonuna cari hesablar balasında iri həcmli profisit olacağı gözlənilir. Bu, valyuta bazarında tarazlığı və qiymət sabitliyinin əsas lövbərini gücləndirir. Nominal effektiv məzənnənin möhkəmlənməsi idxal inflyasiyasını azaldır.