BANK

17 İyun

Bank sektorunun xarici borcu azalmaqda - DAVAM EDİR

Bank sektorun xarici borcu azalmaqda davam edir.

Bu barədə Mərkəzi Bankın “Maliyyə sabitliyi hesabatı – 2021” hesabatında bildirilir.

Qeyd edilib ki, 2017-2020-ci illər ərzində bankların xarici borcu 2 dəfədən çox, il ərzində isə 14.3% (63 mln. ABŞ dolları) azalaraq 383 mln. ABŞ dolları təşkil etmişdir .

Öhdəliklərin strukturunda bankların xarici borcunun payı cəmi 1.9% olmuşdur.

Banklar tərəfindən cəlb olunmuş xarici borc ödənişlərinin yalnız 27%-i növbəti 1 ilin payına düşür. (Marja)