Avroqrupun prezidenti və İrlandiyanın maliyyə naziri Paschal Donohoe Xorvatiyanın lazımi kriteriyaları yerinə yetirdiyini və ölkənin 2023-cü il yanvarın 1-dən avro valyutasına keçə biləcəyini bildirib.
"Fins.az" xəbər verir ki, Avro Qrupunun prezidenti Paschal Donohoe, "Avro Qrupu olaraq Xorvatiyaya avro ailəmizin 20-ci üzvü olmasını tövsiyə etdik,"-deyə bildirib.
Donohoe, avro valyutasından istifadə edən Avropa Birliyinə (Aİ) üzv ölkələrin maliyyə nazirləri tərəfindən Lüksemburqda keçirilən Avro Qrupu toplantısının sonunda açıqlama verib.
Xorvatiya iqtisadiyyatının avroya qoşulma kriteriyalarını yerinə yetirməsi ilə bağlı AB Komissiyası və Avropa Mərkəzi Bankı (AMB) tərəfindən hazırlanan hesabatları alqışladıqlarını ifadə edib.
Sözügedən tövsiyənin sabah keçiriləcək İqtisadi və Maliyyə Məsələləri Şurasının iclasında rəsmi olaraq qəbul ediləcəyinə diqqət çəkən Donohoe, Xorvatiyanın 1 yanvar 2023-cü il tarixindən etibarən avro valyutasını qəbul etməsini gözlədiklərini ifadə edib.
Xorvatiyanın avroya keçidlə bağlı bütün kriteriyaları yerinə yetirdiyini qeyd edən Donohoe, bu üzvlüklə Avrozonanın daha da güclənəcəyini qeyd edib.
Bu mərhələdən sonra gələn həftə Brüsseldə keçiriləcək Aİ Liderlər Sammitində Xorvatiyanın avroya keçidinin təsdiqlənməsi gözlənilir.