BANK

16 İyun

"OPTİMAL FİNANCE BANK OLMAYAN KREDİT TƏŞKİLATI" MMC-nin direktoru vəzifəsinə yeni təyinat olub

BOKT-un Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, bu vəzifə 13 iyun 2022-ci il tarixindən etibarən İmam Qədimquliyevə həvalə edilib. 
İmam Eyyub oğlu Qədimquliyev 1986-ci ildə anadan olub. 2004-2008-ci illərdə “Azərbaycan Dövlət Neft Akademiyası”-nın "Menecment" ixtisası üzrə bakalavr, 2008-2011-ci illərdə isə həmin üniversitetin “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.
İ.Qədimquliyev Bank və BOKT sahəsində 11 ildən artıq təcrübəyə sahibdir. 2011-ci ildən  “Bank of Baku”da, 2013-cü ildən isə BOKT “Embafinans” QSC-də müxtəlif vəzifə və komitələrdə çalışmışdır. O cümlədən Risklərin idarə olunması üzrə idarəedici vəzifədə 6 ildən çox təcrübəyə malikdir.
"OPTİMAL FİNANCE BANK OLMAYAN KREDİT TƏŞKİLATI" MMC öz fəaliyyətinə 2020-ci ilin sentyabr ayında başlayıb. 2022-ci ildə BOKT-un nizamnamə kapitalı artırılaraq 2021-ci ilin sonunda 300 min manatdan, 1 milyon manata yüksəldilib. Hazırda BOKT həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif xidmətləri təklif edir.