BANK

16 İyun

Qanun qəbul olunduqdan sonra ölkəmizdə ödəniş təşkikatçılarnın inkişafı ilə bağlı  mühüm imkanlar yaranacaq

“Ödəniş sistemləri Ödəniş xidmətləri haqqında" qanun layihəsi hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılmaqla hökumətə təqdim olunub.

Bunu  "Fins.az"-a açıqlamasında  Mərkəzi Bankın  direktoru Fərid Osmanov deyib.

O bildirib ki, Qanunun platforması ödəniş xidmətləri,maliyyə texnologiyaları sahəsində qabaqcıl standartlara ,Avropa direktivinə əsasən hazırlanmışdır .Açıq bankçılıq standartlarının spesifikasiyalarını ,istehlakçıların hüquqlarının qorunması sahəsində olan mühüm tələbləri özündə ehtiva edir.Ümidvarıq ki,” Ödəniş sistemləri Ödəniş xidmətləri haqqında qanun” qəbul olunduqdan sonra ölkəmizdə ödəniş təşkikatçıları,ödəniş operatorlarının,bank olmayan ödəniş təşkilatçılarının inkişafı ilə bağlı mühüm imkanlar yaranacaq.Ümid edirik ki, qanun layihəsi ilin sonuna qədər qəbul olunması imkanı yaranacaq.

Müəllif:Aynur Qəniyeva