BANK

16 İyun

Fərid Osmanov : Nağdsız dövriyyənin çəkisi kart ödənişlərində ilk dəfə 12,4% bənd artıb

"Mərkəzi Bank üçün xüsusi önəmli göstərici olan nağdsız dövriyyənin çəkisi kart ödənişlərində ilk dəfə 12,4% bənd artıb" bunu “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” adlı FİNTEX SAMMİT 2022-də Azərbaycan Mərkəzi Bankın direktoru Fərid Osmanov deyib.

O bildirib ki, son illər ərzində həm Mərkəzi Bank Ekosistemin iştirakçıları tərəfindən həyata keçirilən silsilə tədbirlərin nəticələri olaraq nağdsız ödənişlərin göstəricilərinə birbaşa təsir edir.

Fərid Osmanov statistik göstəriciləri nəzərə çatdıraraq "1 iyun 2022-ci il tarixinə olan göstəricilərə görə ölkəmizdə olan ödəniş kartlarının 2,3 milyon ədədə çatıb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% artımdır. Bu kartlarla həyata keçirilən nağdsız ödənişlərin həcmi 2,2 dəfə artaraq 8 milyard manata bərabər olub.

Mərkəzi Bank üçün xüsusi önəmli göstərici olan nağdsız dövriyyənin çəkisi kart ödənişlərində ilk dəfə 12,4 faiz bənd artıb.  Artıq 40 %-ə bərabər olub. Nağdsız ödənişlərin həcmində xüsusi önəm kəsb edən elektron ödənişlərin artaraq 12 milyarda bərabər olub" - deyə qeyd edib.

Müəllif: Aynur Qəniyeva