Bank hesabları üzərindən ödəniş əməliyyatlarının 69%-elektron daşıyıcılar vasitəsilə həyata keçirilib.
“Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” adlı FİNTEX SAMMİT 2022-də Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.
O bildirib ki,oandemiya insanların Bank xidmətlərinə olan ehtiyaclarının ödənilməsi üçün rəqəmsal platformaya keçid prosesini sürətləndirib.2022-ci ildə bu prosesdəki inkişaf və yeniliklər maliyyə xidmətlərinin gələcəyinə təsir etməklə davam edir və qlobal miqyasda bank üçün önəm daşıyır.
Zakir Nuriyev fikirlərinin davamında “Əlbəttə ki,Azərbaycan Bank sektorunda bu göstəricilərdən kənarda deyil.Göstəricilərə nəzər yetirsək cari ilin ilk 4 ayı üzrə ölkədə Bank hesabları üzərindən ödəniş əməliyyatlarının 69%-ielektron daşıyıcılar vasitəsilə həyata keçirilib,”-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva