BANK

10 İyun

Azərbaycanın tədiyyə balansının müsbət saldosu kəskin artıb

2022-ci ilin 1-ci rübü üzrə Azərbaycanın tədiyyə balansının müsbət saldosu 1 milyard 572 milyon dollar təşkil edib

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı 2022-ci ilin I rübü üzrə Azərbaycan Respublikasının Tədiyə Balansında məlumat yayımlayıb.

Məlumata görə,  2021-ci ilin eyni dövründə Azərbaycanın tədiyyə balansının müsbət saldosu 325,9 milyon dollar təşkil etmişdi. Beləliklə, müsbət saldo 4,8 dəfə artıb.

Mərkəzi Bank açıqlayıb ki, 2022-ci ilin 1-ci rübündə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənmişdir. Cari əməliyyatlar balansında 4 milyard dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 1.2 milyard dollar kəsir yaranmış, ehtiyat aktivləri təxminən 1.6 milyard dollar artmışdır.

Bu dövrdə xam neftin orta qiyməti 87 dollar/barel olmuş, qeyri-neft ixracı isə 54.7% artaraq 708 milyon dollar səviyyəsində formalaşmışdır.