BANK

09 İyun

Güzəştli kreditlər məbləğ üzrə ən çox Bakıdakı bizneslərə ayrılıb

2002-2022-ci illər ərzində güzəştli kreditlərin regionlar üzrə bölgüsündə layihə sayı üzrə 6,5% Bakı şəhəri və ətraf qəsəbələrin payına  düşür. 

"Fins.az" xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondu məlumat yayımlayıb. 

Məlumata görə, Fond tərəfindənn verilən güzəştli kreditlərin  93,5 isə regionların payına düşür. Maliyyələşdirilmiş layihə sayına görə regionlar arasında Qarabağ iqtisadi rayonu 17,6%-lə ilk yerdədir. Məbləğ üzrə kreditlərin 25,6% Bakı şəhəri, 74,4% isə digər regionlarda fəaliyyət göstərən biznes subyektlərinə verilib.

Müəllif:Aynur Qəniyeva