BANK

09 İyun

SİF-in verdiyi güzəştli kreditlərin 60,5% bu məhsullarının istehsalına yönəlib

Sahibkarlığın İnkişafı Fondu tərəfindən bugünədək müvəkkil kredit təşkilatları vasitəsilə 41 300-dək layihə maliyyələşdirilib və bu məqsədlə 2,7 milyard manatdan artıq güzəştli kredit vəsaiti ayrılıb.

"Fins.az" xəbər verir ki,bu barədə Fonddan məlumat verilib.

Məlumata görə, verilmiş güzəştli kreditlərin iqtisadiyyatın sahələri üzrə bölgüsündə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinin payı 91,7% təşkil edib. 6,1% sənaye məhsullarının istehsalı və emalı, 1,6% xidmət sahələrinin (infrastruktur, tibb, təhsil və s.) inkişafı, 0,6%-i isə turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.

Məbləğ üzrə kreditlərin 60,5% kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 26,1%-i sənaye məhsullarının istehsalı və emalı, 2,2%-i turizmin inkişafı, 11,1%-i isə xidmət sahələrinin inkişafına yönəldilib.

Müəllif:Aynur Qəniyeva