BANK

08 İyun

Ayın sonuna kimi bu xidmətə qoşulanlar növbəti 2 ayda heç bir komissiya ödəməyəcək

7–30 iyun 2022-ci il tarixlərində bu xidmətə qoşulan sahibkarlar bütün yay boyu – yəni 31 avqust 2022-ci il tarixinədək heç bir komissiya ödəməyəcəklər

"Fins.az" xəbər verir ki, Kapital Bank hüquqi şəxs və fərdi sahibkarlara Azərbaycanda ilk dəfə yeni Mobil POS xidmətini təqdim edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Visa şirkəti ilə birgə təqdim edilən bu xidmət vasitəsilə artıq sahibkarlar ənənəvi POS-terminal əvəzinə smartfonları vasitəsilə kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız ödəniş üsullarından ödənişləri qəbul edə bilərlər. Xidmətin hər bir sahibkar üçün əlçatan olması üçün  Kapital Bank açıqlayır ki, 7–30 iyun 2022-ci il tarixlərində bu xidmətə qoşulan sahibkarlar bütün yay boyu – yəni 31 avqust 2022-ci il tarixinədək heç bir komissiya ödəməyəcəklər.

Qeyd edək ki,Mobil-POS xidmətinə qoşulan zaman depozit də tələb olunmur.