Dünya Bankı Ukrayna üçün 1,49 milyard dollar əlavə maliyyələşdirməni təsdiqləyib.
“Fins.az” xəbər verir ki, bu barədə məlumatı “CNN” yayıb.
Məlumata görə, bu vəsait Ukraynaya 4 milyarddan çox dəstək paketinin bir hissəsidir və ölkəyə hökumət və sosial işçilərin əmək haqqlarının ödənilməsinə kömək edəcək.
Bildirilir ki, vəd edilən ümumi vəsaitin təxminən 2 milyard dolları artıq Ukraynaya ödənilib və bu, Dünya Bankının Ukraynadakı su təchizatı, kanalizasiya, istilik, enerji, enerji səmərəliliyi, yollar, sosial müdafiə, təhsil və səhiyyə daxil olmaqla layihələrinə dəstək verəcək.