Hindistanın Mərkəzi Bankı siyasət faizini 50 əsas bənd artıraraq 4,90 faizə çatdırıb.
"Fins.az" xəbər verir ki, Avstraliya Mərkəzi Bankından sonra Asiya-Sakit Okean regionunun digər böyük mərkəzi bankı olan Hindistan Mərkəzi Bankı da faiz dərəcələrini artırmaq qərarına gəlib.
Bloomberg-in sorğusuna qatılan iqtisadçılar faiz dərəcələrində 40 baza bəndi artım gözləyirdilər.
Hindistan Mərkəzi Bankının rəhbəri Şaktikanta Das, qərardan sonra onlayn keçirilən iclasda inflyasiyaya diqqəti cəlb edib. Das inflyasiyanın tolerantlıq səviyyəsinin yuxarı zolağından kənara çıxdığını bildirib.
Sədr Das ərzaq, enerji və əmtəə qiymətlərinin yüksək olaraq qaldığını bildirib. Bankın inflyasiya hədəfi 2-6 faiz aralığındadır.
İstehlakçı inflyasiyası aprel ayında son 8 ilin ən yüksək səviyyəsinə çatıb, istehsalçı inflyasiyası isə keçən ay son 30 ilin ən yüksək səviyyəsinə çatıb.