BANK

08 İyun

Dünya Bankından Ukraynaya yeni maliyyə

Dünya Bankının İcraçı Direktorlar Şurası Ukraynada dövlət xərclərini dəstəkləmək üçün 1,49 milyard dollar əlavə maliyyələşdirməni təsdiqləyib.
"Fins.az" xəbər verir ki, Dünya Bankı Ukrayna üçün 1,49 milyard dollar əlavə maliyyələşdirmənin təsdiqləndiyini bildirib.

Məlumata görə, Bankdan verilən açıqlamada, yeni maliyyələşdirmənin Dünya Bankının səfərbər etdiyi cəmi 4 milyard dollardan çox dəstək paketinin bir hissəsi olduğu ifadə edilib.

Açıqlamada sözügedən fondun təqribən 2 milyard dollarının xərcləndiyi, Dünya Bankının İcraçı Direktorlar Şurasının ölkədə dövlət xərclərini dəstəkləmək məqsədilə Ukraynaya 1,49 milyard dollarlıq əlavə maliyyə ayrılmasını təsdiqlədiyi qeyd edilib. 

Açıqlamada deyilir ki, yeni vəsait hökumət və sosial işçilərin əmək haqlarının ödənilməsinə yönəldiləcək.