Lombardlarla bağlı qanun layihəsinin müzakirəsi həyata keçirlir. 2021-ci ildə Lomabard fəaliyyəti ilə məşğul olan şirkətlərlə bu barədə ayrıca müzakirələr aparılıb.
Bunu "Fins.az" a açıqlamasında Millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, bu fəaliyyətin qanunvericilik baxımından təkminləşdirilməsi həm də lombard fəaliyyətinin genişləndirilməsi eyni zamanda təbii ki, bu sahədə vətəndaşların hüquqlarının qorunması baxımdan vacibdir.
Vüqar Baramovun sözlərinə görə, aparılan monitorinqlər göstərir ki, bir tərəfdən lombardların təklif etdiyi kreditlər və ya borclar kifayət qədər bahalıdır. Digər tərəfdən isə bir sıra hallarda vətəndaşların hüquqlarının pozulması, onların girov şəklində təqdim etdikləri qiymətli əşyaların geri qaytarılması ilə bağlı problemlər var. Ona görə də bu sahədə qanunvericiliyin təkminləşdirilməsi həm də dövlət nəzarətinin sistemləşdirlməsinə imkan verəcək.
O eyni zamanda hazırda müzakirəsi həyata keçirilən qanuna dəyişiklləri də açıqlayaraq "Hazırda istehlak kreditləşməsi və lombardlarla bağlı qanunvericiliyin təkminləşdirilməsi prioritetdir. Bank sektonunun hüquauai bazasının formalaşdırılması ilə bağlı fəaliyyətlər eyni zamanada mərkəzi bankla birgə müzakirələr davam etdirilir,"-deyə əlavə edib.
Müəllif:Aynur Qəniyeva