BANK

16 May

Vüqar Bayramov: Müharibə uzandıqca avronun ucuzlaşması davam edəcək

Müharibə uzandıqca avronun ucuzulaşması davam edəcək.
"Fins.az" xəbər verir ki, bunu Millət Vəkili Vüqar Bayramov avronun ucuzlaşmasına münasibət bildirərkən deyib.
O bildirib ki, avropa pulu dollara və digər əksər səbət valyutalara nisbətən dəyər itirməkdə davam edir. Rusiya-Ukrayna müharibəsi başlanan gün dollara nisbətən 1.13 məzənnəsi ilə dəyişdirilən arvo artıq 1.04 kursunadək ucuzlaşıb. Bu avronun müharibə başladıqdan sonra 14 % dəyərsizləşməsi deməkdir.
Vüqar Bayramov avronun ucuzlaşmasında sanksiyaların təsirinə də toxunaraq "Avronun ucuzlaşması daha çox sanksiyaların qarşılıqlı olaraq Avropa iqtisadiyyatına təsirləri ilə bağlı olsa da dolların qlobal valyuta bazarında möhkəmlənməsi də əsas faktorlarndadır. Bir tərəfdən enerji məhsullarının qiymətlərindəki artım real sektora təsirsiz ötüşmür. Digər tərəfdən, Avropa qitəsində davam edən müharibə ittifaq ölkələrinin iqtisadi artım faizlərini azaldıb.
Bu ilin ilk 4 ayında Avropa İttifaqında enerji məhsullarının qiymətində 38 faiz artım qeydə alınıb. Ötən ay isə Avropa İttifaqında son 30 ilin ən yüksək infilyasiyası qeydə alınıb. İstehlak bazarında ümumi qiymət artımı 7.5 faizə yüksəlib. 2022-сi il üçün 3.7 faiz artım proqnozlaşdırılan avrozanda ÜDM bu ilin birinci rübündə cüzi artıb. Bütövlükdə, müharibə uzanarsa 2022-ci ildə iqtisadi artımın hətta 2 faizdən az olacağı gözlənilir."
Millət Vəkili avronun ucuzlaşmasına Rusiya Ukrayna müharibəsi faktorunun rolunu da dəyərləndirərək "Müharibə uzandıqca avronun ucuzulaşması davam edəcək. Hələlik Avropa Mərkəzi Bankı avronun məzənnəsinə təsir edəcək addımlar atmaqda israrlı görsənmir. Bu isə o deməkdir ki, hələlik avronun əvvəlki mövqelərinə qayıtması mövcud şərtlər daxilində real görsənmir. Müharibənin ən çox neqativ iqtisadi təsir etdiyi qitə isə sözsüz avronun işləndiyi Avropa olaraq qalmaqdadır,"-deyə fikirlərini yekunlaşdırıb.
 
Müəllif:Aynur Qəniyeva